...

"Aqo qrupu" bu gün iki günlük səfərlə Ermənistana gələcək

Dünya xəbərləri Materials 9 İyun 2006 15:30 (UTC +04:00)

"Aqo qrupu" Almaniyanın AŞ-dakı daimi nümayəndəsi Roland Veqenerin başçılığı altında bu gün iki günlük səfərlə Ermənistana gələcək.

Trend in "Novosti - Armeniya" agentliyinə əsasən verdiyi xəbərə görə, Ermənistan səfəri çərçivəsində qrup üzvlərinin Ermənistan XİN -in mətbuat və informasiya idarəsində Ermənistan prezidenti, Milli Yığıncağın spikeri, ədliyyə naziri, Ermənistan ombudsmanı ilə görüşü nəzərdə tutulub.

Bundan başqa, Aqo qrupu Ermənistan nümayəndə heyətinin AŞPA-dakı üzvləri, erməni siyasi partiyaları və ictimai təşkilat nümayəndələri ilə görüşlər keçirəcək.

Aqo qrupu (İtaliyanın Avropa Şurasındakı səfiri Pyetro Erkol Aqonun adı ilə adlandırılıb) 2001-ci ilin yanvar ayında, Ermənistan və Azərbaycanın Avropa Şurasına daxil olması ilə eyni zamanda yaradılıb. Bu qrup AŞ qarşısında öhdəliklərin yerinə yetirilmə monitorinqi ilə məşğul olur və Avropa Şurası Nazirlər komitəsi çərçivəsində fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti