...

Gürcüstanın maliyyə naziri əmtəə idxalı üzrə gömrük rüsumlarının ləğv olunmasına tərəfdardır

Dünya xəbərləri Materials 13 İyun 2006 18:49 (UTC +04:00)

Gömrük rüsumlarının sıfıra endirilməsi ölkədə iqtisadiyyatın artmasına səbəb olacaq. Bu barədə jurnalistlərə Gürcüstanın maliyyə naziri Aleksi Aleksişvili bildirib.

Trend in KAVKAZ-PRESS-ə istinadən verdiyi xəbərə görə, o, bu il sıfıra bərabər tarif dərəcəsinin ölkəyə idxal olunan, istehsalatda istifadə edilən əsas vəsaitlərin hesabına yazılması Gürcüstan iqtisadiyyatı üçün müsbət hadisə hesab edir. Bundan başqa, məişət cihazlarının və elektrik texnikasına qoyulan vergi tarifi sıfra bərabər ediləcək.

Aleksi Aleksişvilinin fikrincə, sıfra bərabər gömrük vergiləri siyasəti iqtisadiyyatın liberallaşmasına yardım edir və bütövlükdə iqtisadiyyatın artımına təkan verəcək. Hazırda Gürcüstana xammal idxalı çox baha başa gəlir, bu da ölkə istehsalatının inkişafına mane olur.

Kəqd təsərrüfatı məhsullarının gömrük vergisinə gəlincə, nazir qeyd edib ki, hazırda hökümət bu məsələnin kompromis həllini tapmağa çalışır, lakin verginin sıfra endirilməsi bu sektorda sağlam rəqabətə yardım edəcək.

Bununla yanaşı, Gürcüstan parlamentinin sədri Nino Burcanadze hökümətin idxal olunan məhsul vergisinin sıfra endirilməsi ilə bağlı təşəbbüsünü neqativ qiymətləndirir. Onun fikrincə, bu təşəbbüs ciddi şübhələr yaradır. Və əgər bu məsələ üzrə ciddi məsləhətləşmələr aparılmasa, parlament bu qanun layihəsinə müəyyən əngəllər yaradacaq.

"Biz məcəllədə elə dəyişikliklər aparmalıyıq ki, onlar bir tərəfdən vergilərin ləğv edilməsinə yardım etsin, digər tərəfdən isə sahibkarların qanunla müdafiəsini təmin etsin", - deyə spiker qeyd edib.

Xatırladaq ki, cari ilin mart ayında Gürcüstan höküməti və parlamenti "Gömrük rüsumları haqqında" qanun layihəsinin variantını razılaşdırıblar. Bu qanun layihəsinə əsasən idxal olunan məhsulun tarif dərəcələrinin sayı azalır. Qanun layihəsinin razılaşdırılmış variantında 2006-cı il ərzində idxal olunan məhsulun tarif dərəcələrini 16-dan 3-ə endirmək nəzərdə tutulur. 30%-dən 12%-ə qədər olan tarif dərəcələri 12%-ə qədər azaldılacaq, 12%-dən az, lakin 5%-ə qədər olan vergilər 5 % səviyyəsində təsbit olunacaq, 5%-dən aşağı olan vergilər isə 0%-ə bərabər ediləcək. Mövsüm vergiləri də ləğv olunacaq.

Lakin islahatların ikinci və üçüncü mərhələlərinin keçirilməsi təxirə salınıb, və onların davam etdirilməsi barədə qərar yalnız birinci mərhələnin nəticələrinin öyrənilməsindən sonra qəbul olunacaq. Parlamentarilər ehtiyat edirlər ki, idxal vergilərinin sonrakı azalmaları yerli istehsalçılara mənfi təsir göstərə bilər.

Xatırladaq ki, ilkin layihəyə əsasən, ikinci mərhələdə islahatların 1 yanvar 2007-ci ildə keçirilməsi, vergilərin sayını 2-yə qədər endirmək, 12%-lik gömrük vergisini 5%-ə qədər azaltmaq, 5%-lik vergini isə sıfra endirmək planlaşdırılır. 1 yanvar 2008-ci ildən isə bütün malların idxalının gömrük vergisini sıfra endirmək planlaşdırılır.

Honqkonq (Çin) və Sinqapurdan sonra Gürcüstan dünyada sıfır faizli vergiyə malik üçüncü ölkə olmaq istəyir.

Xəbər lenti

Xəbər lenti