...

Vyetnamın baş naziri vaxtından əvvəl öz vəzifəsindən getmək niyyətindədir

Dünya xəbərləri Materials 16 İyun 2006 16:53 (UTC +04:00)

"Associated Press" agentliyi xəbər verir ki, Vyetnamın baş naziri Fan Van Kxay vəzifəsindən azad edilmək xahişilə Milli Assambleyaya müraciət edib. "Mən Milli Assambleyadan xahiş edirəm ki, mənə vaxtından əvvəl baş nazir vəzifəsini tərk etməyə icazə versin" - deyə 72 yaşlı F.V.Kxay milli televiziyaya müsahibəsində bəyan edib. Onun vəzifə müddəti 2007-ci ilin iylunda başa çatır. Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, bu bəyanat Vyetnamın siyasi həyatında gözlənilməz dönüş olmayıb, çünki F.V.Kxay 2006-cı ilin aprelində ölkənin siyasi bürosuna təkrar seçilməyib.

O, 1997-ci ildə ölkədə baş verən maliyyə böhranı zamanı baş nazir vəzifəsinə seçilib. F.V.Kxayın dövründə Vyetnam iqtisadi artım sürətini artırmağa nail olub. Son illərdə Vyetnamda ÜDM-nin həcmi orta hesabla təxminən 7% təşkil edib, 2005-ci ildə isə bu göstərici 8,4%-ə çatıb.

Xəbər lenti

Xəbər lenti