...

Zurab Noqaideli ABŞ və Gürcüstan prezidentlərinin görüşündən konkret məsələlərin həllini gözləyir

Dünya xəbərləri Materials 20 İyun 2006 18:41 (UTC +04:00)

Baş nazir Zurab Noqaideli iyulun 5-nə Vaşinqtonda planlaşdırılan ABŞ və Gürcüstan prezidentləri Corc Buş və Mixail Saakaşvilinin görüşündən konkret məsələlərin həllini gözləyir.

Z.Noqaideli jurnalistlərə deyib ki, "ABŞ və Gürcüstan prezidentlərinin qarşıdakı görüşündən konkret məsələlərin həllini gözləyirik. Birinci növbədə, Gürcüstanın ərazi bütövlüyünün bərpası və ABŞ-in bu münaqişələrin həllinə yardımı ilə bağlı məsələlər müzakirə olunacaq. Gürcüstanın NATO-ya inteqrasiyasına da toxunulacaq".

Trend agentliyinin "Praym-Nyus"a istinadən yaydığı məlumata əsasən, parlament spikeri Nino Burcanadze öz növbəsində görüşün işguzar və uğurlu olacağına əminliyini ifadə edib.

"Bizim strateji tərəfdaşımız Gürcüstanın problematikası ilə çox maraqlanır və qarşıdakı görüş onu göstərir ki, biz həqiqətən ABŞ-ın prioriretlərindən biriyik və Vaşinqton Gürcüstan üçün ağrılı olan problemləri həll etməyə hazırdır" - deyə spiker əlavə edib.

Xəbər lenti

Xəbər lenti