Polşanın maliyyə naziri və baş nazirinin müavini Zita Qilovska bu gün ölkənin baş naziri Kazimej Marsinkeviçə istefa ərizəsini təqdim edib.
Trend in verdiyi xəbərə görə, baş prokurorluq onun Polşanın xüsusi xidmətləri və kommunist dövründə gizli polislə ehtimal olunan əməkdaşlığının təhqiqatına başladıqdan sonra Z.Qilovska bu addımı atmaq məcburiyyətində qalıb. Z.Qilovska bildirib ki, maliyyə naziri vəzifəsində qalmaq istərdi, lakin qərarın kabinet başçısı tərəfindən verilməsini üstün tutur.