Türkiyənin Calik Group energetika holdinqı və İtaliyanın ENI neft-qaz şirkəti Rusiyaya Samsun-Ceyhan neft boru kəmərinin tikintisi layihəsində iştirak etməyi təklif edib.
"Biz Rusiyanın layihədə iştirakına tam açığıq. Bu, istənilən Rusiya şirkəti üçün Xəzər dənizindən Qara dənizədək uzanın məkanda fəaliyyət göstərmək üçün gözəl imkandır. Bu regiondakı bütün lay ihələr bir-birilə bağlıdır" - deyə "Hurriyet" qəzeti ENI şirkətinin səlahiyyətli müdiri Paolo Skaroniyə istinadən xəbər verib. "Boru kəmərinin tikintisi başa çatdıqdan sonra onun vasitəsilə gündə 1,2 mln barel neft nəql olunacaq. Layihənin gerçəkləşdirilməsi Qara dəniz limanlarının nəqliyyat yükünü azaltmağa imkan verəcək" - deyə İtaliya şirkətinin rəhbəri qeyd edib. Türkiyə holdinqının rəhbəri Ahmet Çalık deyib ki, kəmərin tikintisi 2007-ci ildə başlanacaq və 3 il ərzində başa çatdırılacaq.
Trend "oilru.com"a istinadən xəbər verir ki, ildə 70 mln. ton neft nəql edəcək 550-kilometrlik magistralın ümumi dəyəri 1,5 mln dollar həcmində qiymətləndirilir. Samsun - Ceyhan kəməri Rusiya və Qazaxıstan neftini daha təhlükəsiz yol ilə Qara dənizə və oradan Aralıq dənizinə nəql etməyə imkan verəcək.
A.Çalıkın sözlərinə görə, bu kəmər çox vacibdir, çünki Bosfor və Dardanel boğazları vasitəsilə yük daşınmanın arması gəmiçilik və ekologiya üçün ciddi təhlükədir.