...

Yuşenko Radadakı böhranın nizama salınması üçün siyasi partiyaları danışıqlara çağırıb

Dünya xəbərləri Materials 30 İyun 2006 18:42 (UTC +04:00)

Viktor Yuşenko Ali Radadakı böhran vəziyyətinin nizama salınması üçün bütün parlament partiyalarını dərhal danışıqlar masası arxasına oturmağa çağırıb. Bu barədə dövlət başçısının saytında yerləşdirilmiş bəyanatda deyilir. "Demokratiya qanun və qaydalarına hörmət olan zaman işləyə bilər. Ukrayna parlamenti bununla qarşılaşıb", - deyə o qeyd edib.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, prezident deputatların əhəmiyyətsiz mövzulara çox diqqət verdiklərini bildirib. "48 milyon vətəndaşı unudaraq, həftələrlə portfel üstündə mübahisə etmək məni utandırır. Yaranmış vəziyyətdən yeganə çıxış yolu ultimatumlardan imtina edərək, danışıq və razılaşmalara diqqətlə yanaşmaqdır".

Eyni zamanda Yuşenko hesab edir ki, hazırki siyasi vəziyyət ölkədə demokratiyanın bərqərar olmasının sübutudur. O əmindir ki, parlament spikerinin və baş nazirin seçiminin qanuniliyini təmin etmək üçün bu iş Ali Radanın reqlamentinə və Konstitusiyaya əsasən görülməlidir.

Xəbər lenti

Xəbər lenti