...

Ermənistanda ölkəyə gətirilən Türkiyə istehsalı olan ərzaq məhsullarına qarşı kampaniya başlayıb

Dünya xəbərləri Materials 4 İyul 2006 11:18 (UTC +04:00)

Ermənistanda ölkəyə gətirilən Türkiyə istehsalı olan ərzaq məhsullarına qarşı kampaniya başlayıb. Səbəb guya bu məhsulların ölkənin təhlükəsizliyinə əngəl yaratması, Türkiyənin isə məqsədyönlü olaraq ermənilərin sağlamlığına zərər vurmağa çalışmasıdır.

Türkiyə KİV-nin məlumatına görə, Ermənistanın Ticarət Nazirliyi ölkə istehlakçılarının hüquqlarını Müdafiə Cəmiyyəti ilə birgə Türkiyədən
gətirilən bir sıra ərzaq məhsullarının satışına qadağa qoyub. Bundan başqa, Ermənistana ərzaq məhsullarının idxalına, "Əlvan" firmasının Gürcüstan vasitəsilə tədarük etdiyi meyvə şirələri, şokolad və saqqızların satışına qadağa qoyulub.

O da qeyd olunur ki, "Zoko" şokoladlarında sağlamlıq üçün zərərli bakteriyalar aşkar olunub.

Türkiyə icmalçıları qeyd edir ki, Ermənistan bir tərəfdən Ankaranı sərhədi açmağa və iqtisadi əlaqələri inkişaf etdirməyə çağırır, digər tərəfdən isə ölkədə türk mallarının satışına qadağa qoyur.

Xəbər lenti

Xəbər lenti