...

Brüsseldə Havyer Solana və Əli Laricaninin İranın nüvə proqramı ilə bağlı görüşü keçiriləcək

Dünya xəbərləri Materials 5 İyul 2006 13:27 (UTC +04:00)

İyulun 5-də Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Havyer Solana Brüsseldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ilə görüşəcək. Görüşdə H.Solana İran rəhbərliyini Qərbin Tehranın nüvə proqramı ətrafında yaranmış problemin nizamlanması üzrə təklif etdiyi paketi qəbul etməyə razı salmağa çalışacaq. Bu barədə (S) Associated Press məlumat verir.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, İran bəyan edir ki, beynəlxalq "altılığın" təkliflərindəki bəzi qeyri-müəyyənlikləri aydınlaşdırmaq lazımdır. Buna görə də Tehran cari ilin avqust ayından tez cavab verməyəcək. ABŞ və digər ölkələr isə İranın öz qərarını iyulun 12-də Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın XİN başçılarının Parisdə məsləhətləşmələri zamanı açıqlamasını təkid edir. Bəzi Qərb diplomatları bildirir ki, əgər iyulun 12-də Tehran "altılığın" təkliflərinə cavab verməsə, bu ölkələr BMT TŞ tərəfindən İrana qarşı sanksiyaların tətbiqi üzrə səylərini bərpa edəcək.

Xəbər lenti

Xəbər lenti