...

Mixail Saakaşvili: "Gürcüstan İraq məsələsində ABŞ-a köməyini davam etdirəcək"

Dünya xəbərləri Materials 5 İyul 2006 14:58 (UTC +04:00)

Gürcüstan İraq məsələsində ABŞ-a köməyini davam etdirəcək. Bu barədə çərşənbə axşamı Vaşinqtonda Amerikanın Fox News teleşirkətinə müsahibəsində Gürcüstan prezidenti Mixail Saakaşvili bəyan edib. "İraqda və dünyada baş verənlər azadlıq uğrundadır və bu mübarizəyə qoşulmamaq insanın düşünəcəyi ən son məsələdir", - deyə o bildirib.

Trend -in Kavkaz-press-ə istinadən xəbər verdiyi kimi, prezidentin sözlərinə görə, Gürcüstan ABŞ-ın İraqla bağlı siyasəti ilə razıdır və bu kursa öz töhfəsini verir". Saakaşvili xatırladıb ki, "Gürcüstan İraqa hamıdan çox hərbi qulluqçu göndərib".

O, ABŞ-ı "müstəqillik və azadlığın sinonimi adlandırıb". Prezident jurnalistlərlə söhbətinin əvvəlində pencəyinin yaxasındakı Gürcüstan və ABŞ-ın bayraqlarından ibarət iki nişanı göstərib. "Bu, azadlıqsevər insanlar üçün simvolikdir", - deyə M.Saakaşvili bildirib.

O, iyulun 5-də Vaşinqtonda Corc Buşla görüşəcək.

Xəbər lenti

Xəbər lenti