...

Rusiyanın texniki nəzarət vasitələri Şimali Koreyanın ballistik raket buraxmasını müşahidə edib

Dünya xəbərləri Materials 5 İyul 2006 16:27 (UTC +04:00)

"Raketlərin buraxılması bizim nəzarət vasitələrimiz tərəfindən təsdiq olunub", - deyə Rusiya baş qərargahının rəisi, ordu generalı Yuri Baluyevski çərşənbə günü Çita şəhərindəki mətbuat konfransında bildirib.

"Müxtəlif məlumatlara görə, on raket buraxılıb. Bəzi məlumatlara görə, bu, müxtəlif sinifli raketlər olub, bəzi məlumatlara görə isə bütün raketlər qitələrarası raket olub. Bəli, raketlər olub və onların hansı sinifdən olmasını Rusiya Silahlı qüvvələrindəki nəzarət üzrə texniki vasitələrin məlumatlarını alandan sonra deyə bilərəm", - deyə Y.Baluyevski qeyd edib.

Xəbər lenti

Xəbər lenti