...

KXDR-ın səfiri raketlərin buraxılması ilə əlaqədar Rusiya XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 5 İyul 2006 19:10 (UTC +04:00)

KXDR-nın səfiri Şimali Koreyada raketlərin buraxılması ilə əlaqədar izahat vermək üçün Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend "İTAR-TASS"a istinadən xəbər verib ki, nazirlik regional sülh və sabitliyin gücləndirilməsində maraqlı olan beynəlxalq ictimaiyyətin gözləntilərilə ziddiyyət təşkil edən KXDR-ın hərəkətlərindən narahatlığını bildirib. Moskva KXDR-ı raket sahəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb.

Bu gün xarici işlər naziri S.Lavrov altıtərəfli danışıqlar ilə bağlı həmkarları ilə telefon söhbəti etməyi planlaşdırır. Rusiyanın BMT-dəki nümayəndəliyinə BMT Təhlükəsizlik Şurasının digər üzvlərilə hərəkətləri əlaqələndirmək tapşırılıb. Bu gün Tokionun tələbilə təcili iclas keçiriləcək.

Xəbər lenti

Xəbər lenti