...

Erməni gənclər birliyi artıq gürcüləri də erməni xristian abidələrinin məhv edilməsində ittiham edir

Dünya xəbərləri Materials 6 İyul 2006 17:24 (UTC +04:00)

Dünən Moskvada "Rolan" kinoteatrında "Mitk" erməni gənclər birliyi tərəfindən 2 il Gürcüstanda yaşamış, avstriyalı erməni, rejissor- kinodokumentalist Yeqişe Qevorkyanın "Kamni predkov" adlı filmi nümayiş olunub. Trend in xüsusi müxbirinin verdiyi xəbərə görə, ingilis dilində titrləri olan erməni dilində çəkilmiş filmdə deyilir ki, Gürcüstanda erməni kilsələri və erməni xristian mədəniyyətinin digər abidələri məqsədyönlü və planlı şəkildə məhv edilir.

"1991-ci ildən, yəni Gürcüstanın müstəqillik əldə etdiyi andan, millətçilərin hakimiyyətə gəlməsindən bu günə qədər Gürcüstanda 45 erməni kilsəsi tamamilə və ya qismən məhv edilib və qarət edilib, 300 erməni abidəsinə qarşı vandalizm aktları həyata keçirilib". Film, guya baş verənlərin şahidi olmuş şəxslərin "şahid ifadələri" əsasında çəkilib. Sənədli filmin "qəhrəmanları" - Gürcüstanın Cavaxetiya bölgəsinin erməniləridir. Onların sözlərinə görə, "gürcülər indiyə qədər qədim erməni abidələrini vəhşicəsinə məhv edir, bu isə Bütün Gürcüstanın Patriarxı İkinci İlyanın şəxsi göstərişi ilə həyata keçirilir".

Filmin nümayişi zamanı Gürcüstanın bütün televiziya kanallarının nümayəndələri iştirak edib. Gürcü telekanallarından birini təmsil edən Tamara Qotsiridze Trend in xüsusi müxbiri ilə söhbəti zamanı erməni filmində gürcülərə qarşı əsassız, yalan və düşmən məlumatlarından narazı qaldığını gizlətməyib. "Gürcülərə qarşı yalan ifadələr və böhtandan başqa, guya bütün bu vandalizm aktlarının və abidələrin məhv edilməsinin Müqəddəs Patriarx İkinci İlyanın şəxsi göstərişi ilə baş verdiyinin təsdiq edilməsi xüsusilə bizim hisslərimizə toxunur. Mən düşmən və yalan mahiyyətli filmin nümayişini Gürücstanda yaşayan bütün millətlərin nümayəndələrinə, xüsusilə də öz qonşularına qarşı xeyirxah, tolerant və dost münasibəti ilə tanınan bütün gürcülərin milli və mənəvi hisslərinin alçaldılması hesab edirəm", - deyə T.Qotsiridze bildirib.

Özünü həm də "Rus-erməni birliyi" adlı təşkilatın əməkdaşı kimi təqdim edən erməni gənclər birliyinin nümayəndəsi müsahibə verməkdən imtina edib. Soyadını deməkdən belə imtina edən Manuşak adlı bir qadın deyib ki, o, əlavə heç nə demək istəmir və heç nəyi şərh etmək istəmir, çünki hər şey filmdə göstərilib.

Maraqlıdır ki, tədbirdə iştirak edən erməni milliyyətli bəzi şəxslər Trend in xüsusi müxbirinə fiziki təsir göstərməyə çalışıb, lakin onların bu cəhdi uğursuz olub.

Xəbər lenti

Xəbər lenti