...

Ukrayna və Rusiya Türkmənistana qarşı qaz koalisiyası bağlayıblar

Dünya xəbərləri Materials 7 İyul 2006 18:49 (UTC +04:00)

Ukrayna və Rusiya bir-birinə məlumat veriblər ki, türkmən qazının tədarükü üzrə tərəflərdən hər birinin bağladığı müqavilələr üzrə qiymət parametrlərinin yenidən gözdən keçirilməsində heç bir zəruriyyət görmür.

Bu barədə Ukraynanın yanacaq və energetika naziri İvan Plaçkovun sözlərinə istinadən Ukrayna nümayəndə heyətinin "Qazprom" ASC idarə heyətinin sədri Aleksey Millerə yaxın mənbə xəbər verib.

Trend in xəbər verdiyi kimi, onun sözlərinə görə, danışıqlar zamanı tərəflər həmçinin 2006-cı ilin sonuna qədər türkmən qazının alınması üzrə qarşılıqlı münasibətlərə aid məsələləri də müzakirə ediblər.

Xəbər verildiyi kimi, "Qazprom" "Naftoqaz"a təklif edib ki, o, qaz tədarükü ilə bağlı operativ problemlərin həlli üçün Türkmənistanla razılaşsın. Əgər Aşqabad və Kiyev razılığa gəlsələr, Rusiya türkmən qazının Ukraynaya nəqli üçün tranzit xidmətləri göstərməyə hazırdır.

Xatırladaq ki, 2005-ci ilin dekabr ayında 40 milyard kub metr türkmən qazının 2006-cı ildə Ukraynaya tədarükü üzrə Ukrayna və Türkmənistan arasında hökümətlərarası müqavilə imzalanıb, lakin tədarük hələ həyata keçirilməyib. Ukrayna ikinci yarımillikdən 1 min kub metri 60 dollar olan 10-12 milyard kub metr türkmən qazının tədarükünü bərpa etmək fikrini bildirib. Lakin Türkmənistan Ukraynaya öz qazını yeni qiymətə - 1 min kub metri 100 ABŞ dollarına təklif edib.

Xəbər lenti

Xəbər lenti