...

İranın nəqliyyat naziri Ankarada səfərdədir

Dünya xəbərləri Materials 11 İyul 2006 13:10 (UTC +04:00)

İranın nəqliyyat naziri Məhəmməd Rəhməti nəqliyyat problemləri üzrə İran-Türkiyə birgə komissiyasının iclasında iştirak etmək üçün Türkiyədə işgüzar səfərdədir.

Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, Türkiyə KİV-i qarşısında çıxışı zamanı o bəyan edib ki, ölkələr arasında hazırda 4,5 mlrd dollar təşkil edən qarşılıqlı ticarətin həcmini artırmaq üçün böyük imkanlar var. Nazirin sözlərinə görə, İran Türkiyəyə bu ölkəni Avropa ilə birləşdirən körpü kimi baxır. İran isə öz növbəsində Türkiyəni Asiya ilə birləşdirən körpüdür.

Ankara İrana Türkiyənin dəmiryol şəbəkəsindən və dəniz limanlarından daha geniş istifadə etməyi təklif edir. İran mallarının nəqli üçün Trabzon, İskəndərun və Mərsin dəniz limanlarının imkanları təklif edilir. Van gölünün şimalında dəmiryol xəttinin inşası başa çatdıqdan sonra iki ölkə arasında nəqliyyat əlaqələri genişlənəcək.

Məhəmməd Rəhməti Ankarada Türkiyənin baş naziri T. Ərdoğan tərəfindən qəbul edilib.

Xəbər lenti

Xəbər lenti