...

Ukraynanın antiböhran koalisiyası qanuni hüquqlara malikdir

Dünya xəbərləri Materials 11 İyul 2006 18:32 (UTC +04:00)

Ali Radanın sədri Aleksandr Moroz bəyan edib ki, Regionlar, Sosialist və Kommunist partiyalarının tərkibindəki Antiböhran koalisiyası bütün qanuni hüquqlara malikdir.

"Yeni koalisiya Konstitusiya və Ali Radanın reqlamentində nəzərdə tutulmuş bütün qanuni hüquqlara malikdir", - deyə A.Moroz çərşənbə axşamı jurnalistlərə verdiyi müsahibəsində bildirib.

Trend in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Moroz Ukrayna prezidenti Viktor Yuşenkoya baş nazir vəzifəsi üçün iki təklifin veriləcəyini istisna edib.

"Baş nazir vəzifəsinə iki namizəd? Bu mümkün deyil! Demokratik qüvvələr koalisiyası ləğv olunub, indi antiböhran koalisiyası var", - deyə o qeyd edib.

Antiböhran koalisiyası rəsmi olaraq baş nazir vəzifəsinə Regionlar partiyasının lideri Viktor Yanukoviçin namizədliyini irəli sürüb.

Əvvəl "narıncı" koalisiya nazirlər kabinetinin başçısı vəzifəsinə Yuliya Timoşenkonu təsdiq etməyi təklif etmişdi.

Xəbər lenti

Xəbər lenti