...

Putin: Ukraynaya çatdırılan qazın ətrafındakı isteriya Amerikanın Avropadakı maraqlarının təmin olunmasına yönəldilib

Dünya xəbərləri Materials 13 İyul 2006 16:07 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Ukraynaya çatdırılan qazın ətrafındakı isteriya arxasında Amerikanın Avropadakı maraqları gizlənir.

Bu barədə "Praym-TASS" xəbər verib.

"Ukraynaya çatdırılan qaz və ya Şimali Avropa qaz kəmərinin tikintisilə bağlı bütün isteriya Amerikanın Avropadakı iqtisadi və siyasi maraqlarının təmin olunmasına yönəldilib" - deyə V.Putin Almaniyanın "TSDF" telekanalına müsahibəsində bildirib.

Trend "Pravo Tek"a istinadən xəbər verir ki, V.Putin ABŞ-ın həmin maraqları necə müdafiə etdiyinə haqq qazandırıb. "Əhsən onlara ki, öz maraqlarını belə təkidlə və səmərəli müdafiə edə bilirlər" - deyə o vurğulayıb.

ABŞ ilə bəzi Şərqi Avropa ölkələri arasında xüsusi münasibətlər formalaşıb və Vaşinqton Ukraynada müəyyən siyasi qüvvələri dəstəkləmək istəyir. "Hesab etmirəm ki, bu, düzgün seçimdir. Ordakı qüvvələr nə Rusiyapərəst, nə də sovetpərəstdir. Bu qüvvələr ilk növbədə və yaxşı mənada Ukraynapərəst və millətçidir. Yalnız bir siyasi qüvvəni qərbpərəst rənglə boyayıb ona bel bağlamaq olmaz" - deyə prezident əlavə edib.

"Əgər kimsə yalnız bir siyasi qüvvəyə bel bağlamaq və onu dəstəkləmək istəyirsə, özü də Rusiyadan ucuz enerji tədarükü hesabına, qoy buna görə pul ödəsin" -deyə o vurğulayıb.

Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı maraqlarına hörmət etmək lazımdır, çünki orada 17 mln. rus yaşayır və Ukraynadakı hər 2-ci ailənin Rusiya ilə əlaqəsi var.

Xəbər lenti

Xəbər lenti