...

Gürcüstan XİN başçısının müavini rus həmkarına münaqişələrin tənzimlənməsi üzrə təkliflər təqdim edib

Dünya xəbərləri Materials 20 İyul 2006 17:09 (UTC +04:00)

Gürcüstanda münaqişələrin tammiqyaslı nizama salınması və münaqişə zonalarında gərginliyin azaldılması ilə bağlı məsələlər ötən çərşənbə günü axşam Moskvada Gürcüstan xarici işlər nazirinin müavini Merab Antadzenin RF XİN başçısının birinci müavini Andrey Denisovla görüşü zamanı müzakirə edilib.

Praym-Nyus-dan XİN-ə verilən xəbərə görə, görüşdə bu istiqamətdə konkret və realistik addımların atılmalı olduğu qeyd olunub.

Trend in xəbər verdiyi kimi, gürcü tərəfi təkliflər təqdim edib. Əgər bu təkliflər Rusiya tərəfindən qəbul olunsa, münaqişələrin tammiqyaslı nizama salınma prosesinə yardım edəcək və bu, Rusiyanın konstruktiv əməkdaşlığa hazır olmasının və gürcü tərəfinin dəfələrlə mənfi qiymətləndirdiyi hərəkət və bəyanatlarından imtina edəcəyinin sübutudur.

Rusiya sülhməramlıları üzrə qətnamə ötən çərşənbə axşamı gürcü parlamenti tərəfindən 144 "lehinə" səslə qəbul edilib.

Gürcüstan höküməti Rusiya sülhməramlılarının gürcü-abxaz və gürcü-osetin münaqişə zonalarından çıxarılması haqqında parlamentin qətnaməsi üzərində işə başlayıb.

Baş nazir Zurab Noqaideli hökümətin iclasında münaqişələrin nizama salınma məsələləri üzrə dövlət naziri Georgi Xaindrava və onun aparatına bu məsələni hazırlamağı və onu ölkə XİN-ə təqdim etməyi həvalə edib.

Xəbər lenti

Xəbər lenti