...

Gürcüstan XİN başçısının müavini xarici diplomatlarla görüşüb

Dünya xəbərləri Materials 26 İyul 2006 15:09 (UTC +04:00)

Gürcüstan xarici işlər nazirinin birinci müavini Valeri Çeçelaşvili çərşənbə axşamı Gürcüstanda BMT-nin müşahidə üzrə missiyasının nümayəndələri, Almaniya, Fransa və Böyük Britaniya səfirləri, həmçinin RF-nin Gürcüstanda işlər üzrə müvəqqəti vəkili ilə görüşüb. Bu barədə Gürcüstan XİN-dən xəbər veriblər.

"Valeri Çeçelaşvili dəvət edilmiş diplomatlara Kodor dərəsindəki vəziyyətlər barədə məlumat verib, həmçinin onlara izah edib ki, Gürcüstan öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hörmətlə yanaşır, hökümətin məqsədi isə Kodor əhalisinin təhlükəsizliyinin qorunması və dərədə qanunçuluğun bərpasından ibarətdir", - deyə XİN-dən bildiriblər.

Trend in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Çeçelaşvili əminliklə bildirib ki, beynəlxalq cəmiyyət və maraqlı şəxslər Gürcüstan hökümətinin Kodor dərəsində qayda-qanunun bərpası məqsədi ilə atdığı addımları başa düşəcək.

Xəbər lenti

Xəbər lenti