...

Ukrayna prezidenti "dəyirmi masa"da iştirakdan imtina edib

Dünya xəbərləri Materials 26 İyul 2006 15:37 (UTC +04:00)

Ukrayna prezidenti parlament böhranının aradan qaldırılıması yollarının axtarışı məqsədilə bu gün Kiyevdə keçirilməsi planlaşdırılan "dəyirmi masa"da iştirak etməyəcək. Dövlət başçısının mətbuat xidmətindən verilən məlumata görə, "Viktor Yuşenkonun iş qrafikində onun Ali Rada nümayəndələrinin elan etdiyi "dəyirmi masa"da iştirakı nəzərdə tutulmayıb".

Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, dünən parlamentin spikeri Aleksandr Moroz bu "dəyirmi masa"nın keçirilməsi ilə bağlı prezidentin təşəbbüsü barədə bildirmişdi. Bu gün isə Yuliya Timoşenko "dəyirmi masa"nı "dəyirmi oyun" adlandıraraq burada iştirakdan imtina edib.

Xəbər lenti

Xəbər lenti