...

Tbilisidəki hərbi hospital Gürcüstanın müdafiə nazirinin sərəncamı ilə fövqəladə iş rejiminə keçirilib

Dünya xəbərləri Materials 26 İyul 2006 18:52 (UTC +04:00)

Tbilisidəki hərbi hospital fövqəladə iş rejiminə keçirilib. Bu məlumatı "İmedi" teleşirkəti yayıb. Verilən məlumata görə, müvafiq sərəncam Gürcüstanın müdafiə naziri İrakli Okruaşvili tərəfindən verilib, lakin Kodor dərəsində yaralananlardan heç kim bu xəstəxanaya gətirilməyib. Qeyri-rəsmi məlumata görə, dörd yaralı polis Gürcüstanın qərbindəki Zuqdidi şəhərindədirlər, Emzar Kvitsianinin bu gün Kodor dərəsində minaya düşmüş silahdaşlarını isə Suxumiyə gətirməyə çalışırlar.

Trend in RBK-ya istinadən verdiyi xəbərə görə, bundan başqa, teleşirkət xəbər verib ki, Mestiy rayonunun (Svanetiya) Xaişi kəndində "Kodor dairəsində müharibəyə" qarşı çıxış edən yerli sakinlərdən biri aclıq elan edib. "Bu, gürcülər arasında mənasız, qardaş qırğınıdır", - deyə o bildirib. Yerli əhali bu gün gürcü silahlalılarının olduğu 20-dən 35-ə qədər yük maşınının Kodor dərəsinə göndərilməsindən narahatdırlar, həmçinin insanlar dərədə real vəziyyət haqqında heç bir məlumatın olmamasından narazıdırlar. Bir hissəsi artıq öz etirazını bildirmiş müxalifət də informasiyanın olmamasından narazıdır.

Xatırladaq ki, Gürcüstan prezidentinin dərədəki keçmiş müvəkkili, "Ovçu" hərbiləşdirilmiş dəstənin keçmiş komandiri Emzar Kvitsiani Tbilisinin itaətsizliyi və gürcü silahlılarına qarşı silahlı müqavimətin göstərilmə ehtimalının omlasını bəyan etdikdən sonra bu il iyulun 23-də Kodor dərəsi ətrafındakı vəziyyət (Abxaziya ərazisinə Gürcüstan tərəfindən nəzarət edilir) gərginləşib. 350 nəfərdən ibarət "Ovçu" dəstəsi 5 il fəaliyyət göstərib, 2004-cü ildə isə Gürcüstanın müdafiə nazirinin əmri ilə ləğv edilib. E.Kvitsiani bildirib ki, faktiki olaraq indi dəstədə 1,5 min nəfər birləşib.

Xəbər lenti

Xəbər lenti