...

Kodor dərəsinə humanitar yardımın göndərilməsi davam edir

Dünya xəbərləri Materials 2 Avqust 2006 19:10 (UTC +04:00)

Kodor dərəsinə humanitar yardımın göndərilməsi davam edir. KAVKAZ-PRESS -in bölgə müxbirinin xəbər verdiyi kimi, hakim partiyanın Kutaisi şəhər təşkilatı - Vahid milli hərəkat - Kodor dərəsinə 12 ton qida məhsulu göndərib.

Trend in xəbər verdiyi kimi, bundan başqa, avqustun 2-də Tbilisi meriyası Kodor dərəsinə təcili yardım karetləri və yanğın maşınları göndərəcək. Bir gün əvvəl Batumi meriyası Kodor dərəsinə 17 ton qida məhsulu göndərib.

İndiyədək Kodor dərəsi sakinləri üçün 200 min tona yaxın humanitar yardım - ərzaq, tikinti materialı, dərman və şəxsi gigiyena vasitələri göndərilib.

Gürcüstan prezidentinin sərəncamı ilə əhali də maddi yardım - hər ailəyə 200 lari yardım alacaq. Kodoridə cəmi 650 ailə yaşayır. Mətbuat mərkəzində həmçinin qeyd ediblər ki, hazırda yerli əhalinin ehtiyacları barədə informasiya toplanışı davam edir.

Xəbər lenti

Xəbər lenti