...

Atırau NEZ yüksəkoktanlı benzinin istehsalını bərpa edib

Dünya xəbərləri Materials 15 Avqust 2006 17:16 (UTC +04:00)

Avqustun əvvəlində ciddi fövqaladə hadisələ üzləşmiş Atırau NEZ bu gün istehlakçılara Aİ-93 markalı ilk 60 min ton benzin partiyasını göndərib.

Trend "Kazinform"a istinadən xəbər verir ki, boru kəməri yandıqdan sonra Aİ-93 markalı yüksəkoktanlı benzinin emalı tam dayandırılmışdı. Kəmərin dəyişdirilməsi üçün sexin damının və avadanlığın bir hissəsinin sökülməsi lazım gəlib. Hazırda sex işə düşüb, lakin katalizatorun optimal iş rejiminə keçməsi üçün bir neçə gün tələb olunur. Yalnız bundan sonra Aturay vilayyətində 12 tenge bahalaşmış Aİ-93 markalı yanacağın istehsalı maksimal səviyyəyə çatacaq.

Xəbər lenti

Xəbər lenti