...

Qazaxıstanın energetika naziri ölkənin neft yataqlarının polşalı milyarder tərəfindən alınması ilə bağlı məlumatları təkzib edib

Dünya xəbərləri Materials 1 Sentyabr 2006 12:08 (UTC +04:00)

Qazaxıstanın energetika naziri ölkənin neft yataqlarının polşalı milyarder Rixard Krauze tərəfindən alınması ilə bağlı məlumatları təkzib edib.

Bu barədə Trend in Astanadakı xüsusi müxbiri xəbər verir. Xatırladaq ki, bir sıra xarici KİV polşalı milyarder Rixard Krauzenin Qazaxıstanda 4 yataq alması barədə məlumat yayıb.

Onun sözlərinə görə, Qazaxıstan Polşa şirkətinə heç bir blok vəd etməyib. "Bu, doğru deyil. Çünki yataqlarla bağlı bütün sövdələr bizim nazirlik və şəxsən mənim vasitəmlə həyata keçirilir", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti