...

Gürcüstan hökumətinin nümayəndə heyəti Sinqapura səfər edib

Dünya xəbərləri Materials 15 Sentyabr 2006 12:32 (UTC +04:00)

Sentyabrın 15-də səhər Gürcüstanın baş naziri Zurab Noqaidelinin rəhbərlik etdiyi nümayəndə heyəti 5 günlük səfərlə Sinqapura yola düşüb. Bu barədə Trend Novosti-Qruziya-ya istinadən xəbər verir.

Hökumət başçısının mətbuat xidmətindən verilən məlumata görə, Nazirlər Kabinetinin üzvləri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun təşkil etdiyi "2007-ci il islahatlarını necə keçirməli?" adlı beynəlxalq konfransda iştirak edəcək.

Səfər çərçivəsində Z.Noqaideli DB və BVF-nin prezidentləri ilə görüşəcək. O, Sinqapur konfransında Gürcüstanda həyata keçirilmiş islahatlar və iqtisadiyyatın liberallaşdırılmasının müsbət nəticələri barədə nitqlə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti