...

Pakistan prezidenti: Pakistana Qərbdən tənqid deyil, kömək və anlayış lazımdır

Dünya xəbərləri Materials 30 Sentyabr 2006 12:18 (UTC +04:00)

Pakistana Qərb tərəfindən tənqid deyil, kömək və anlayış lazımdır. Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, bu bəyanatı Pakistan prezidenti Pərviz Müşərrəf Oksford Universitetində keçirdiyi mətbuat konfransında çıxış edərkən səsləndirib. Pakistan prezidenti bu sözlərlə qərb ölkələrinin "Taliban" hərəkatını dəf etmək üçün Pakistan hökumətinin kifayət qədər səy göstərməməsi haqqında səsləndirdiyi ittihamlara cavab verib.

P. Müşərrəfin sözlərinə görə, Pakistan "Taliban" hərəkatının dəf və məhv edilməsi istiqamətində fəal işləyir. "Biz mümkün olan hər şeyi edirik ki, Pakistana sabitliyi və çiçəklənməni qaytaraq", - deyə P. Müşərrəf vurğulayıb. Bu barədə "Associated Press" xəbər verir.

Xəbər lenti

Xəbər lenti