...

Rusiya yazıçıları gürcü xalqını müdafiə etmək üçün bəyanatla çıxış edib

Dünya xəbərləri Materials 7 Oktyabr 2006 14:26 (UTC +04:00)

Rusiyanın bir qrup yazıçısı gürcü xalqını müdafiə etmək üçün və ənənəvi rus-gürcü əlaqələrinin məhv edilməsinə qarşı bəyanatla çıxış edib.

"Bizim kimi yaradıcı işçilər üçün gürcü xalqı hər zaman xüsusilə yaxın olub və olacaq. Biz onların ədəbiyyatını, kinematoqrafiyasını, musiqi mədəniyyətini sevirik. Onlar rus ədəbiyyatı üçün çox əhəmiyyətlidir", - deyə bəyanatda qeyd olunub. "Qızğın məmurların bu gün adət etdikləri millətçi hücumlara keçmək cəhdi bizim xalqımıza xas deyil. Bu ədəbsizlikdir", - deyə bəyanatda vurğulanıb.

Trend KAVKAZ-PRESS-ə i stinadən xəbər verir ki, bəyanatı Daniil Qranin, Yakov Qordin, Nina Katerli və Boris Struqatski imzalayıb.

Xəbər lenti

Xəbər lenti