Oktyabrın 10-da NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons 3 günlük səfərlə Tiflisə gəlir.
Gürcüstanın Müdafiə Nazirliyindən Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, o, "NATO-nun Cənubi Qafqaz ölkələri ilə əməkdaşlıq perspektivləri"nə həsr olunmuş beynəlxalq konfransda iştirak edəcək.
Konfrans oktyabrın 10-da Tiflisdə "Şeraton Metexi palas" mehmanxanasında açılacaq. Tədbirin təşkilatçıları Fridrix Nauman Fondu və Beynəlxalq Münaqişələr Mərkəzidir.
Konfransın işində Gürcüstanın hökumət və parlament, siyasi partiyalar, QHT, və KİV nümayəndələri, o cümlədən ekspertlər iştirak edəcək.
Səfər zamanı R.Simmons Gürcüstan prezidenti, baş nazir, parlament sədri, XİN başçısı və müdafiə naziri ilə də görüşlər keçirəcək.