Türkiyənin Din İşləri İdarəsinin məlumatına görə, 2002-ci ilin noyabrından indiyədək ölkədə Quranın öyrədilməsi üzrə rəsmən 1000 kurs açılıb.
Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, hər il bu kursları orta hesabla 1 milyonadək ölkə vətəndaşı bitirir. Şərqi və Cənub-Şərqi Anadolu rayonlarında belə kursların açılması ilə bağlı ərizələrin təxminən 90%-i təhlükəsizliklə əlaqədar qəbul edilmir.
Bütövlükdə, Türkiyədə Quranın öyrədilməsi üzrə rəsmən qeydiyyata alınmış 7,866 min kurs fəaliyyət göstərir.