...

Gürcüstanın təhsil naziri ABŞ-a yola düşüb

Dünya xəbərləri Materials 30 Oktyabr 2006 10:48 (UTC +04:00)

Gürcüstanın təhsil və elm naziri Aleksandr Lomaya Dünya Bankının dəvəti ilə ABŞ-a yola düşüb. Səfərdə məqsəd ABŞ cəmiyyətini Gürcüstanın təhsil sistemindəki islahatlarla tanış etməkdən ibarətdir. Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, səfər zamanı Aleksandr Lomaya DB, ABŞ Dövlət və Təhsil Departamentlərinin nümayəndələri ilə görüşəcək, bir sıra müzakirələrdə və dəyirmi masalarda iştirak edəcək.

Gürcüstanlı nazir Vaşinqton universitetinin beynəlxalq münasibətlər məktəbində ölkəsinin təhsil sistemində aparılan islahatların gedişinə dair mühazirə oxuyacaq. "Məhz bu gün, Rusiya Federasiyasının Gürcüstana qarşı tətbiq etdiyi sanksiyalar fonunda amerikalı həmkarlarımızın ölkənin təhsil sistemindəki islahatlarla tanış olması aktualdır. Təhsil sistemində islahatlar Gürcüstanın demokratik inkişafının mühüm hissəsidir. Buna görə də bu məsələyə həqiqətən də böyük maraq var", - deyə Aleksandr Lomaya bəyan edib.

Xəbər lenti

Xəbər lenti