...

M.Saakaşvili: Rusiya qazının qiymətinin artması Gürcüstan üçün faciə olmayacaq

Dünya xəbərləri Materials 4 Noyabr 2006 12:09 (UTC +04:00)

Rusiya təbii qazının qiymətinin artması Gürcüstan üçün faciə olmayacaq. Bu bəyanatla Gürcüstan prezidenti Mixail Saakaşvili Milli qlobal təhlükəsizlik üzrə Ümumdünya forumunun keçirildiyi Monakoda çıxış edib.

Trend RBK-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, Gürcüstanın alternativ enerji mənbələri var və Rusiya qazının qiymətinin artması ölkə üçün radikal nəticələrə səbəb olmamalıdır. Bu zaman o, Qazprom rəhbərliyinin qiymətin iki dəfə artmasına dair qərarı ilə bağlı heyfsiləndiyini bildirib və qeyd edib ki, MDB-nin Minskdə keçiriləcək sammiti zamanı rusiyalı həmkarları ilə görüşdə bu məsələni qaldırmaq niyyətindədir. Bu barədə (C) Associated Press xəbər verir.

Xatırladaq ki, Qazpromun məlumatına görə, 2007-ci ilin yanvar ayından etibarən Gürcüstana təbii qaz tədarükü 1 min kubmetrə görə 230 dollara qədər artacaq. 2006-cı ildə Gürcüstan Rusiya qazının 1 min kubmetrinə görə 110 dollar ödəyirdi. 2007-ci il üçün Gürcüstana qaz tədarükü haqqında saziş 2006-cı il dekabrın sonuna qədər imzalanmalıdır.

Xəbər lenti

Xəbər lenti