...

Ermənistan parlamentinin sədri Moskvaya rəsmi səfər edəcək

Dünya xəbərləri Materials 23 Noyabr 2006 11:41 (UTC +04:00)

Ermənistan Milli Yığıncağının sədri Tiqran Torosyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federal Yığıncağı Federasiya Şurasının sədri Sergey Mironovun dəvəti ilə noyabrın 23-24-də Moskvaya rəsmi səfər edəcək.

Milli Yığıncağın ictimaiyyətlə əlaqələr idarəsindən "Novosti-Armeniya" agentliyinə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin Elm, Təhsil, Mədəniyyət və Gənclər Daimi Komissiyasının sədri Qranuş Akopyan, bu komissiyanın üzvü Ararat Malxasyan, Sosial Məsələlər, Səhiyyə və Təbiəti Mühafizə Daimi Komissiyasının sədri Mnatsakan Petrosyan, bu komissiyanın üzvü Qaqik Mxeyan, Maliyyə-Kredit, Büdcə və İqtisadi Məsələlər Daimi Komissiyasının üzvü Karen Karapetyan, Milli Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasının üzvləri Spartak Seyranyan və Qriqor Marqaryan, Dövlət-Hüquq Məsələləri Daimi Komissiyasının üzvü Vardan Mkrtçyan daxildir.

Trend in xəbər verdiyi kimi, səfər zamanı Ermənistan nümayəndə heyətinin Federasiya Şurasının rəhbəri Sergey Mironov, Dövlət Dumasının spikeri Boris Qrızlovla görüşləri planlaşdırılır. Bundan başqa, Dövlət Dumasının daimi komissiyalarında da görüşlər nəzərdə tutulub. Rəsmi səfər çərçivəsində Federasiya Şurasında Ermənistan parlament günləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti