...

XİN başçısı – Gürcüstan Rusiya ilə ÜTT məsələsi ilə bağlı danışıqlara hazırdır

Dünya xəbərləri Materials 27 Dekabr 2006 10:54 (UTC +04:00)

Gürcüstan XİN başçısı Qela Bejuaşvili bildirib ki, gürcü tərəfi ÜTT məsələsi ilə əlaqədar Rusiya ilə danışıqlara hazırdır. Trend in müxbiri xəbər verir ki, nazir XİN-də keçirilmiş brifinqdə bildirib: "Biz ikitərəfli, eləcə də çoxtərəfli formatda danışıqlara hazırıq. Gürcüstan Rusiyanın ÜTT-nin üzvü olmasında maraqlıdır. Onun timsalında bizə etibarlı və sivilizasiyalı ticarət tərəfdaşı lazımdır".

Q.Bejuaşvili eyni zamanda, həlli Gürcüstan üçün vacib olan iki problemi vurğulayıb: "ÜTT-nin üzvü olaraq bizim ölkənin ÜTT-yə daxil olmağa hazırlaşan namizd-ölkə tərəfindən tam blokada şəraitində saxlanılması düzgün deyil".

XİN başçısının sözlərinə görə, ikinci prinsipial məsələ Rusiya-Gürcüstan sərhədində Abxaziya və Cənubi Osetiya ərazilərində qeyri-qanuni məntəqələrin olmasıdır. O bildirib: "Rusiyanın ÜTT-yə daxil olması üçün yol açmaq məqsədilə bu problemlərin tənzimlənməsi istiqamətində danışıqlara hazırıq".

Xəbər lenti

Xəbər lenti