...

Pekin ABŞ-dan İranla əməkdaşlıq edən Çin şirkətlərinə qarşı sanksiyaları ləğv etməyi tələb edib

Dünya xəbərləri Materials 9 Yanvar 2007 18:04 (UTC +04:00)

Pekin ABŞ-ın İranla əməkdaşlıq edən Çin şirkətlərinə qoyduğu sanksiyanı əsassız hesab edir və qətiyyətlə Vaşinqtondan öz səhv mövqeyini dəyişməyi tələb edir.

İrna müxbirinin verdiyi xəbərə görə, müvafiq bəyənatla çərşənbə axşamı Pekində brifinqdə ÇXR XİN rəsmi təmsilçisi Lyu Çzyançao çızış edib.

"Biz belə hərəkətlərin əleyhinə çıxırıq və ABŞ-dan öz səhv mövqeyini dəyişməyi tələb edirik"-deyə çinli diplomat Vaşinqtonun Çindəki bir sıra hüquqi və fiziki şəxslərə sanksiya tətbiq etməsinə şərh verib.

Diplomatın sözlərinə görə, ABŞ Çin tərəfindən qanun pozuntusuna "heç bir sübut göstərməyib". Bu barədə Trend xəbər verir.

"Çin həmişə kütləvi qırğın silahlarının yayılmaması sahəsində öz öhdəliklərinə riayət edib"-deyə Tszyançao qeyd edib.

Yanvarın 5-də Vaşinqtonda ABŞ inzibati orqanlarının bir sıra şirkət və fiziki şəxslərə sanksiya tətbiq etməsi barədə sərəncamı çap olunub. Sanksiyalara (ABŞ-ın İran və Suriyada kütləvi qırğın silahlarıın yayılmaması barədə qanununa müvafiq olaraq) Rusiya, İran, Çin, İraq, Meksika, Malayziya, Suriya, Pakistan, KXDR və Sudan da daxil olmaqla 10 ölkədən 24 xarici fiziki və hüquqi şəxs məruz qalıb. Sanksiya iki il müddətinə qüvvədə olacaq.

Xəbər lenti

Xəbər lenti