...

Rusiya XİN: Səddam Hüseynin silahdaşlarının edamı irəliləyişə səbəb olmur

Dünya xəbərləri Materials 15 Yanvar 2007 16:11 (UTC +04:00)

Rusiya XİN bildirir ki, İraqın eks-prezidentinin iki silahdaşına qarşı ölüm hökmünün icrası bu ölkədə vəziyyətin stabilləşməsinə təsir göstərmir. Bu barədə "gazeta.ru."ya istinadən Trend xəbər verir.

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mixail Kamınin bazar ertəsi "İnterfaks"a bildirib: "Bizim fikrimizcə, bütün siyasi və etnokonfesional qrupların iştirakı, Suriya və İran da daxil olmaqla qonşu dövlətlərin dəstəyi ilə geniş ümumiraq dialoqunun keçirilməsi İraqda vəziyyəti normallaşdıra bilər".

Bazar ertəsi səhər Amerikanın "CNN" telekanalı bildirib ki, İraqda Səddam Hüseynin iki silahdaşına çıxarılan ölüm hökmü icra edilib.

Xəbər lenti

Xəbər lenti