...

RF XİN: "Rusiya və Türkmənistan əməkdaşlığın sıx inkişafı və konstruktiv tərəfdaşlığa köklənib"

Dünya xəbərləri Materials 17 Yanvar 2007 19:28 (UTC +04:00)

Rusiya və Türkmənistan "bərabərhüquqluq və qarşılıqlı sərfəlilik əsasında sıx əməkdaşlığın inkişafı və konstruktiv tərəfdaşlığa göklənib".

Bu barədə RF XİN -də Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovun türkmənistanlı həmkarı Rəşid Meredovla telefon söhbətinin yekunları üzrə xəbər veriblər.

"Rusiya i Turkmenistan əvvəllər olduğu kimi əldə etdikləri bütün hüquqi-müqavilə sənədlərinə riayət olunmasına kökləniblər"-deyə XİN başçılarının söhbətində vurğulayıblar. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Nazirlər "rusiya türkmənistan münasibətlərini humanitar sahədə qarşılıqlı fəaliyyət problematikası" cəhətindən aktual məsələləri müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti