...

Cənubi Koreyada aşkar edilmiş "quş qripi" virusu insan üçün təhlükəli olan H5N1-ə aiddir

Dünya xəbərləri Materials 20 Yanvar 2007 10:25 (UTC +04:00)

Cənubi Koreya quş fabrikində aşkar edilmiş "quş qripi" virusu insan üçün təhlükəli H5N1-dir. "RBK"ya istinadən Trend xəbər verir ki, Seuldan 92 km cənubda yerləşən fermadan götürülmüş quşun qanında aparılan analizdən sonra epidemoloqlar bunu təsdiq edib.

Ölkə hakimiyyəti virusun yayılmasının qarşısını almaq məqsədilə həmin fermada 386 min toyuğun qırılması barədə göstəriş verib. "Associated Press" xəbər verir ki, bu fakt 2006-cı ilin noyabrından etibarən Cənubi Koreyada sayca beşincidir.

Xəbər lenti

Xəbər lenti