...

Britaniya müstəntiqləri Litviyenkonun qatilinin necə göründüyünü bilirlər

Dünya xəbərləri Materials 20 Yanvar 2007 12:47 (UTC +04:00)

Skotland -Yardın müstəntiqlərində FTŞ-in keçmiş zabiti Aleksandr Litviyenkonun güman edilən qatilinin şəkli var. Bu barədə bazar günü Britaniyanın "Tayms" qəzeti yazır.

Nəşrin təsdiq etdiyi kimi, şübhəli şəxs noyabrın 1-də, Litviyenkonun zəhərləndiyi gün Xitrou aeroportunda videomüşahidə kamerasına çəkilib.

Polis fotoşəkli dərc etməmək qərarına gəlib. "Tayms" xəbər verir ki, o, "hündür, cüssəli, tünd saçlı, Mərkəzi Asiyalıya bənzər cizgilərin olduğu kişidir".

Qəzetdə olan məlumatlara görə, o, Britaniya paytaxtına saxta pasportla gəlib və güman edilir ki, zəhəri London otelinin nömrəsində FTŞ-in keçmiş zabitinin çayına töküb. Bu barədə Trend RİA -Novosti-yə istinadən xəbər verir.

Alensandr Litviyenko - 2000-ci ildə Böyük Britaniyaya qaçmış və 2006-cı ilin oktyabr ayında Britaniya pasportu almış RF FTŞ-in keçmiş zabiti noyabrın 23-də xəstəxanada vəfat edib. Britaniyanın sağlamlığın mühafizəsi üzrə agentliyinin mütəxəssisləri onun bədənində polonium-210 radioaktiv elementinin iclərini aşkar ediblər və sonra bu izlər Litviyenkonun olduğu yerlərdə də tapılıb.

İşi Skotland -Yardın və RF Baş prokurorluğunun antiterror bölmələri tədqiq edir.

Xəbər lenti

Xəbər lenti