...

Rusiya və Hindistan ayrı-ayrı kateqoriyalar, o cümlədən biznes-cəmiyyətlər üçün viza rejimini asanlaşdırmaq niyyətindədir

Dünya xəbərləri Materials 23 Yanvar 2007 14:18 (UTC +04:00)

Rusiya və Hindistan ayrı-ayrı kateqoriyalar, o cümlədən biznes-cəmiyyətlər üçün viza rejimini asanlaşdırmaq niyyətindədir. Bu barədə bu gün RF prezidenti Vladimir Putin Hindistanın "Durdarşan" telekanalına verdiyi müsahibəsində bildirib. O xatırladıb ki, bürokratik problemlərdən biri Rusiya və Hindistan arasında viza rejimi sahəsindədir. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

RF prezidenti qeyd edib ki, viza xidməti problemi artıq onun Hindistana keçən səfəri zamanı müzakirə olunub. "Xarici işlər nazirləri bir-biri ilə əlaqədədirlər və müvafiq idarələr kimi viza prosedurlarının sadələşdirilməsi üzərində işləyirlər. Əlbəttə, burada əsas yol - ayrı-ayrı kateqoriyalar, o cümlədən biznes-cəmiyyətlər üçün viza rejimini asanlaşdırılmasıdır. Lakin beynəlxalq təcrübə belədir ki, bu cür məsələlər qarşılıqlı şəkildə, mahiyyətcə, həm bu, həm də digər ölkədə həll olunmalıdırlar", - deyə V.Putin bildirib və əlavə edib ki, "ona görə də vizanın verilməsi ilə bağlı sərt normativlərdən qaçmaq lazımdır".

Xəbər lenti

Xəbər lenti