...

İsrail baş nazirinin Türkiyəyə səfəri nəzərdə tutulur

Dünya xəbərləri Materials 31 Yanvar 2007 10:40 (UTC +04:00)

Türkiyəli diplomatların məlumatlarına əsasən, İsrail hökuməti başçısı Exuda Olmertin Türkiyəyə rəsmi səfəri barədə razılaşma əldə edilib. Fevral ayında Ankaraya səfər çərçivəsində E.Olmertin Türkiyənin baş naziri T.Ərdoğana İsrailə rəsmi dəvəti təqdim edəcəyi gözlənilir.

Trend in Ankara müxbiri xəbər verir ki, Türkiyənin diplomatik dairələri bildirir ki, türkiyəli baş nazirin Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və İrana səfərlərindən sonra İsrailə səfəri ölkənin regionda tarazlaşdırılmış xarici siyasətinə müvafiq olacaq.

İsrail tərəfi Türkiyədə təyin olunmuş prezident seçkilərinə qədər T.Ərdoğanın Tel-Əvivə səfəri həyata keçirməsində israr edirlər.

Xəbər lenti

Xəbər lenti