...

Ukrayna və Rusiya Kerçensk boğazından keçən körpünün tikilmə ehtimalını öyrənməkdə davam edir

Dünya xəbərləri Materials 3 Fevral 2007 13:54 (UTC +04:00)

Ukrayna və Rusiya Kerçensk boğazından keçən körpünün tikilmə ehtimalını öyrənməkdə davam edir. Bu barədə RF-nin nəqliyyat naziri İqor Levitin bu gün Kiyevdə məlumat verib.

Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, onun sözlərinə görə, məsələ hələ həll olunmayıb, ekspertlər iclas keçirəcək və "əgər bunun real olması haqqında qərar verilsə, biz Ukrayna ilə layihəni həyata keçirə bilərik".

Öz növbəsində, Ukraynanın nəqliyyat və rabitə naziri Nikolay Rudkovski qeyd edib ki, körpünün tikintisi Qafqaza yüklərin tranzitini və Krım və Qafqaza turist axınını artıra bilər.

Ekspertlərin qiymətləndirmələrinə görə, Kerçensk boğazından keçən körpü qovşağının tikintisi 2-4 mlrd. dollar sərmayə tələb edir (keçirmə qabiliyyətinin güclənməsi və yaxın rayonlarda infrastrukturun inkişafını nəzərə almaqla).

Xəbər lenti

Xəbər lenti