...

Tbilisidə yanğın nəticəsində 80 yaşlı qadın yanıb

Dünya xəbərləri Materials 9 Fevral 2007 16:11 (UTC +04:00)

Tbilisinin 80 yaşlı sakini Tinatin Mosiaşvili bu gün səhər sənaye qəsəbəsində baş verən yanğın nəticəsində həlak olub. Tbilisinin fövqəladə hallar idarəsi üzrə xidmətdən Trend in Tbilisidəki xüsusi müxbirinə verilən xəbərə görə, kor qadın birinci qrup əlil idi və evi tərk edə bilmədiyindən orada yanıb.

Yanğın saat 10.30-da baş verib və onun söndürülməsi üçün 10 yanğınsöndürən maşın göndərilib. Lakin yanğınsöndürənlər qadını və qonşuluqda yerləşən üç evi xilas edə bilməyiblər və evlər tamamilə yanıb. Cəmi 300 kvadrat metr sahə yanıb. Yanğının baş vermə səbəbləri müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti