...

Yerjan Kazıxanov Qazaxıstan xarici işlər nazirinin müavini təyin edilib

Dünya xəbərləri Materials 10 Fevral 2007 11:22 (UTC +04:00)

Qazaxıstan dövləti başçısının mətbuat xidmətindən bildiriblər ki, prezident Nursultan Nazarbayev daha bir sıra təyinatlar edib. Əvvəl Qazaxıstanın BMT-dəki daimi nümayəndəsi və eyni zamanda Kubada səfir işləyən 43 yaşlı Yerjan Kazıxanov xarici işlər nazirinin müavini təiyn edilib.

Trend in Astana müxbiri xəbər verir ki, 47 yaşlı Kozı-Korpeş Canburçin respublika Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsinə təiyn edilib. Bu vəzifəyə təyin olunmamışdan öncə o, iqtisadiyyat və maliyyə üzrə müdafiə nazirinin müavini olub.

Təhlükəsizlik Şurasının situasiya mərkəzinin müdiri vəzifəsinə 37 yaşlı Meirjan Maşan təyin edilib, bu vəzifəyə təyin olunmamışdan öncə Qazaxıstan prezidenti katibiliyində baş müfəttiş kimi çalışıb.

Xəbər lenti

Xəbər lenti