...

Ər-Riyadda yüksək səviyyədə keçirilən Rusiya-Səudiyyə danışıqlarının yekunları üzrə bir sıra sazişlər imzalanıb

Dünya xəbərləri Materials 12 Fevral 2007 10:40 (UTC +04:00)

Ər-Riyadda yüksək səviyyədə keçirilən Rusiya-Səudiyyə danışıqlarının yekunları üzrə bir sıra sazişlər imzalanıb. "Mayak" radiostansiyasının verdiyi xəbərə görə, o cümlədən, Rusiya və Səudiyyə Ərəbistanı arasında hava nəqliyyatı haqqında hökumətlərarası saziş, gəlir və kapitalın ikiqat vergi qoyuluşuna yol verməmək haqqında konvensiya, eləcə də Xarici iqtisadi bank, Roseksimbank və Səudiyyə inkişaf fondu arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu barədə Trend www.rbc.ru saytına istinadən xəbər verir.

Bundan başqa, tərəflər RF Mədəniyyət və kinematoqrafiya üzrə Federal agentlik və Səudiyyə Ərəbistanı Krallığının Mədəniyyət və İnformasiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalayıblar. Rusiya prezidenti Vladimir Putinin Səudiyyə Ərəbistanının kralı Abdulla Bin Abdel Əziz Əl Səudla danışıqları Er-Riyadda kral sarayında aparıldı. Orada RF xarici işlər naziri Sergey Lavrov, Rusiya dövlət başçısının köməkçisi Sergey Prixodko, RF nəqliyyat naziri İqor Levitin, Tatarıstan prezidenti Mintimer Şaymiyev, Beynəlxalq işlər üzrə Federasiya Şurası komitəsinin sədri Mixail Margelov iştirak edirdilər.

Xəbər lenti

Xəbər lenti