...

Ağ ev: İraqla bağlı qəbul olunmuş qətnamə məcburi təsirə malik deyil

Dünya xəbərləri Materials 17 Fevral 2007 10:49 (UTC +04:00)

Ağ ev bəyan edib ki, ABŞ konqresinin nümayəndələr palatasının İraqa əlavə hərbi hissələrin göndərilmsinə qarşı qəbul etdiyi qətnamə yerinə yetirmək üçün məcburi deyil.

"Qətnamə məcburi təsirə malik deyil", Ağ evin 246 "lehinə" və 182 "əleyhinə" səslə "konqres prezident Corc Buşun 10 yanvar 2007-ci il tarixli İraqa əlavə 20 min nəfərlik hərbi hissənin göndərilməsi qərarını təqdir etmir" sözləri olan qəbul olunmuş qətnamənin qəbulundan sonra yaydığı bəyanatda deyilir. "Bu plan İraq hökuməti və ABŞ hərbi rəhbərliyi tərəfindən dəstəklənir", Ağ Evin bəyanatında göstərilib. Bəyanatda qeyd olunub ki, İraqa əlavə hərbi qoşun göndərmək barədə Buşun planını İraqda çoxmillətli qüvvələrin generalı Devid Petraes də dəstəkləyir. Onun namizədliyi bu yaxınlarda Amerika senatı tərəfindən yekdilliklə təsdiq olunub. Bu barədə Trend məlumat verir.

"Tezliklə konqressin İraqdakı qoşunlarına öz yardımını nümayiş etdirmək imkanı olacaq. Konqres prezident tərəfindən qadağan olnumuş əlavə maliyyələşdirmə üçün vəsait ayıracaq. Buna bizim hərbi vəziyyətdə olan kişi və qadınların ehtiyacı var", sənəddə deyilir.

Ağ Evin qeyd etdiyinə görə, Buş hesab edir ki, Amerika qoşunlarının "vətənin müdafiəsi üçün öz missiyalarını" yerinə yetirmək üçün konqress "tam həcmdə maliyyələşdirmə təqdim etməlidir".

Xəbər lenti

Xəbər lenti