...

Kuba XİN: F.Kastronun vəziyyəti yaxşılaşır və o, tədricən özünə gəlir

Dünya xəbərləri Materials 13 Mart 2007 18:02 (UTC +04:00)

"Fidel Kastronun vəziyəti yaxşılaşır və o, tədricən işə qayıdır", - deyə Kubanın xarici işlər naziri Filipe Peres Roke bildirib. Kuba XİN başçısının fikrincə, bu fakt Amerika adminstratiyasını məyus etməliydi. "Bu, Corc Buş kimi Birləşmiş Ştatlar hökuməti üçün də pis xəbərdir", - deyə nazir deyib. (S) Associated Press.-in məlumatına görə, Roke əlavə edib ki, Fidelin vəziyyətinin yaxşılaşması həqiqət dir, o, fiziki hərəkətlər edir və möhkəmləndiyi hiss edilir.

Nazir qeyd edib ki, 1959-cu ildən Kastro Kuba dövlətinin başına keçəndən ABŞ-da 10 prezident dəyişilib. RBK .-nın məlumatına görə, adada siyasi dəyişiklikləri gözləmək prezidentlik vaxtı 2008-ci ildə bitən Ağ Evin indiki başçısı C.Buşu da qane etmir. Kastro 2006-cı ilin iyul ayında, cərrahiyyə əməliyyatı zamanı işdən uzaqlaşıb. O vaxtdan o, ictimaiyyət arasında görünməyib, vəzifələrini isə qardaşı Raul yerinə yetirir.

Xəbər lenti

Xəbər lenti