...

Tailandın cənub əyalatlərində komendant saatı tətbiq olunur

Dünya xəbərləri Materials 16 Mart 2007 10:42 (UTC +04:00)

Tailandın cənub əyalatlərində komendant saatı tətbiq olunur. Bu addım ektremistlərin çoxsaylı hücumlarının qarşısını almaq üçün atılıb. Bu barədə Associated Press məlumat verib.

"Hücumların davam edəcəyi təqdirdə, bu, gələcəkdə ciddi münaqişələrə səbəb ola bilər", deyə Tailandın baş naziri Surayud Çulanont qeyd edib. "İstəmirəm ki, vətənşalarım bir-birini öldürsün", deyə o, əlavə edib, RBK məlumat verib.

14 mart 2007-ci il tarixində Yala əyalətində ektremistlərin hücumu nəticəsində 10 nəfər həlak olub, 20 nəfərdən çox insan yaralanıb. Tailandda sonuncu dəfə komendant saatı 2004-cü ildə tətbiq olunub. Bu tədbir islam təriqətli ekstermist qruplaşmanın hücumlarından sonra 2 min insanın həlak olmasından sonra tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti