...

Almaniya kansleri bu gün Polşa hökuməti ilə Amerikanın RƏMS-nin yerləşdirilməsi ilə bağlı müzakirələr aparacaq

Dünya xəbərləri Materials 16 Mart 2007 10:53 (UTC +04:00)

Almaniyanın kansleri Angela Merkel bu gün Polşa hökuməti ilə Amerikanın raket əleyhinə müdafiə sisteminin (RƏMS) Polşada yerləşdirilməsi ilə bağlı müzakirələr aparacaq. Bu barədə RBK məlumat verib.

A.Merkel Varşava universitetində çıxış edəcək, sonra Polşa prezidenti Lex Kaçinskinin iqamətgahına baş çəkəcək. Associated Press-in məlumatına əsasən, səfər çərçivəsində A.Merkel həmçinin L.Kaçinski və baş nazir Yaroslav Kaçinski ilə Polşa və Almaniya arasında münasibətlərin bir sıra anlarını müzakirə edəcək.

Öncə A.Merkel bəyan edib ki, Almaniya "NATO və Rusiyanın razı qalması üçün məsələnin həllinə üstünlük verir" və bildirib ki, bu məsələni Polşa hökuməti ilə müzakirə edəcək. Öz növbəsində Y.Kaçinski bildirib ki, o, ölkənin təhlükəsizliyi üçün təhlükə yaratmasa, ABŞ-ın 10 RƏMS-in Polşa ərazisində yerləşdirilməsini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti