...

Ukraynaya Malayziyadan hərbiçilər gəlir

Dünya xəbərləri Materials 19 Mart 2007 16:07 (UTC +04:00)

ForUm . -un məlumatına görə, bazər ertəsi Malayziyanın Müdafiə Nazirliyinin baş katibi Dato Xaci Axmad Latif bin Xaşimin rəhbərliyilə Malayziyanın hərbi nümayəndə heyəti Ukraynaya ikigünlük səfərə gəlir.

"UNİAN"-ın məlumatına əsasən, Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 20 mart səfəri çərçivəsində bin Xaşimin Ukraynanın müdafiə naziri Anatoli Qriçenkoyla görüşü planlaşdırılır.

Malayziya Müdafiə Nazirliyi baş katibinin Ukraynanın müdafiə nazirinin birinci müavini Leonid Polyakovla və hər iki ölkənin hərbi nümayəndə heyətlərinin görüşü gözlənilir. Danışıqların əsas mövzusu iki ölkənin hərbi əməkdaşlığının gələcək inkişafı istiqamətində olacaq.

Bin Xaşim və Anatoli Qriçenkonun danışıqlarından sonra Ukraynanın Nazirlər Kabineti və Malayziya hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında ikitərəfli Memorandum imzalanacaq.

Xəbər lenti

Xəbər lenti