...

Pentaqon:ABŞ NATO-nun Avropada RƏMS-in genişlənməsinə cəlb edilməsinin əleyhinədir

Dünya xəbərləri Materials 28 Mart 2007 17:39 (UTC +04:00)

Buş adminstratiyası NATO-nun Avropada Amerikanın RƏMS-in genişlənməsi prosesi barədə qərara cəlb edilməsinin əleyhinədir. Bu barədə məlumatı çərşənbə axşamı qanunverici hökumətə ABŞ-ın müdafiə nazirinin müavini Brayan Qrin verib.

İTAR-TASS .-ın məlumatına görə, RƏMS üzrə Agentliyin başçısı general-leytenant Qenri Oberinqlə birlikdə o, dinləmələrdə iştirak edib. Bu, Ağ Evin büdcə məsələləri üzrə komitəsinin RƏMS proqramına həsr etdiyi dinləmələrdir. Xüsusən Qrinə belə bir sual verilib ki, nə üçün NATO Polşa və Çexiyada 10 raket əleyhinə müdafiə sistemi yerləşdirmə planının müzakirəsi üçün forum təşkil etmir? Axı bu, bir sıra Avropa liderlərində narahatlıq yaradır, onlar hesab edirlər ki, Pentaqonun bu fikrinin həyata keçməsi Avropada parçalanmaya və Rusiya ilə əlaqələrin gərginləşməsinə səbəb ola bilər.

Xəbər lenti

Xəbər lenti